Ankaranın Çankaya bələdiyyə sədri saxlanılıb
Bu barədə "TRT Haber" məlumat yayıb
Türkiyə polisinin Ankara vilayətinin Çankaya Bələdiyyəsində keçirdiyi əməliyyatda bələdiyyə sədri Hüseyn Can Güner də daxil olmaqla 36 şübhəli barədə saxlanılma qərarı verilib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat-axtarış tədbirləri korrupsiya və cinayət qrupu yaratmaq ittihamları çərçivəsində aparılıb.
Barəsində saxlanılma qərarı verilən 36 nəfərdən 27-si artıq saxlanılıb.
1 dəqiqədən az