Antalyada Mirzoyan-Bayramov görüşü keçirilə bilər
Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla da görüşü olacaq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Antalyaya səfəri çərçivəsində ikitərəfli görüşlər planlaşdırılır. Bu barədə XİN-in mətbuat katibi Ani Badalyan "X" mikrobloqunda yazıb.
"Müzakirələrdə və ikitərəfli görüşlərdə iştirak planlaşdırılır", - Badalyan qeyd edib.
Ararat Mirzoyan Antalya Diplomatik Forumunda iştirak etmək üçün martın 1-də Türkiyəyə işgüzar səfərə yola düşəcək. Onun forum çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yenidən görüəşə biləcəyi mümkündür.
Türkiyənin Antalya şəhərində keçirləcək Diplomatik Forum 1-3 mafrt tarixlərini əhatə edəcək.
Xatırladaq ki, Mirzoyan və Bayramov fevralın 28-29-da Berlində sülh danışıqları aparıblar.
Berlin görüşündə nazirlər və onların nümayəndə heyətləri “Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” ikitərəfli saziş layihəsinin müddəalarını müzakirə ediblər. Açıq məsələlər üzrə danışıqların davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə olunub.
Səfər çərçivəsində nazirlərin Almaniyanın xarici işlər naziri Analena Berbok ilə həm ikitərəfli, həm də üçtərəfli formatda görüşü olub.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Türkiyəyə səfər edib.
Orada o, türkiyəli həmkarı Hakan Fidan, həmçinin Azərbaycan XİN başçısı Ceyhun Bayramov, eləcə də Qırğızıstan, Özbəkistan xarici işlər nazirləri ilə danışıqlar aparacaq.