
Antalyanın Aksu, Muratpaşa və Manavqat rayonlarında meşəlik ərazilərdə yanğın baş verib.
Bu barədə Türkiyə mediası yazıb.
Turistlik ərazilər qara tüstüyə bürünüb. Hadisə yerinə sövq edilən qruplar alovla mübarizəni davam etdirir. Alov yaşayış məntəqələrinə yaxınlaşır, bu səbəbdən polis insanları təxliyə edir.