Apreldən bu günə qədər ölkədə 143 sel hadisəsi qeydə alınıb
Sel hadisələri əsasən Böyük və Kiçik Qafqazın dağ çaylarında olub
Bu ilin aprel ayından bu günə qədər ölkə ərazisində 143 sel hadisəsi qeydə alınıb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, sel hadisələri əsasən Böyük və Kiçik Qafqazın dağ çaylarında qeydə alınıb: "Bu gün Lənkərançayda da suyun səviyyəsində artım müşahidə edilib. Növbəti günlərdə isə hava şəraiti əsasən yağmursuz olacağı üçün çaylarda suyun səviyyəsində azalma müşahidə olunacağı gözlənilir".