Ararat Mirzoyan Hakan Fidanla telefonla danışıb
Ermənistan xarici işlər naziri türkiyəli həmkarını vəzifəyə təyin olunması münasibətilə təbrik edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanla telefonla danışıb.
Mirzoyan Fidanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Nazirlər əlaqələrin normallaşması istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.