Arayik Arutyunyan istefa verir
Arayik Arutunyan özü istefa verməzdən öncə qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanı vəzifədən azad edib
Qarabağ separatçılarının başçısı Arayik Arutunyan bir qədər əvvəl Xankəndidəki qondarma rejimin rəhbərliyindən istefa verdiyini bildirib.
Bu barədə o, özünün Facebook səhifəsində elan verib.
Arayik Arutunyan özü istefa verməzdən öncə qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanı vəzifədən azad edib.
Separatçılara rəhbərlik müvəqqəti olaraq oyuncaq “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçib.