Argentinada futbol zəminində iğtişaşlar baş verib
Buenos Ayresdə milli futbol komandasının Dünya Kubokunun finalında məğlubiyyətindən sonra aləm bir-birinə dəyib
Argentinanın paytaxtı Buenos Ayresdə milli futbol komandasının Dünya Kubokunun finalında məğlubiyyətindən sonra iğtişaşlar baş verib.
İğtişaşlar zamanı üç polis əməkdaşı yaralanıb, ən azı 15 nəfər həbs edilib.

Mənbənin məlumatına görə, matçdan sonra minlərlə azarkeş milli komandaya dəstəklərini bildirmək üçün Obeliskdə toplaşıb. Etiraz əvvəlcə dinc keçsə də, sonradan bir qrup insan polisə daş və butulkalar atmağa başlayıb.

"Clarin" qəzetinin məlumatına görə, toqquşmalarda yeddi polis əməkdaşı yaralanıb. Qəzet hüquq-mühafizə orqanlarının əməkdaşlarının zorakı etirazçıları dağıtmaq üçün göz yaşartıcı qaz və su şırnaqlarından istifadə etdiyini bildirir.
İspaniya Dünya Kubokunun finalında Argentinanı 1-0 hesabı ilə məğlub edərək əlavə vaxtda qol vuraraq ikinci dəfə dünya çempionu olub.
1 dəqiqədən az