XƏBƏRLƏR / Qonşular

Arpine Sarkisyan Ermənistanın yeni daxili işlər naziridir

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib

Arpine Sarkisyan Ermənistanın yeni daxili işlər naziridir
Arpine Sarkisyan
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanda daxili işlər nazirinin müavini vəzifəsini tutan Arpine Sarkisyan daxili işlər naziri təyin olunub.

    Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində yazıb: “Hörmətli həmvətənlər, hazırda daxili işlər nazirinin müavini vəzifəsini tutan Arpine Sarkisyan daxili işlər naziri təyin olunub”, - Paşinyan yazıb.

    Xatırladaq ki, istefaya göndərilən keçmiş nazir Vahe Qazaryan Paşinyanın sinif yoldaşı olub və ona ən yaxın məmur olduğu qeyd olunur.

    Qeyd edək ki, Arpine Sarkisyan 2022-ci ilin yanvarında daxili işlər nazirinin müavini təyin edilib. O, buna qədər Ədliyyə Nazirliyinin cinayət qanunvericiliyi, penitensiar və probasiya siyasətinin inkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.

    Sarkisyan qərbyönlü qanadla əlaqələri, həmçinin ABŞ-ın Ermənistandakı səfirliyi ilə sıx əlaqələri ilə tanınır. 

    Yeri gəlmişkən, Arpine Sarkisyanın Daxili İşlər Nazirliyinə təyinatı Ermənistanın təhlükəsizlik bloklarının rəhbəri postuna dördüncü qadın təyinatıdır. Baş prokuror, ədliyyə naziri, əks-kəşfiyyat rəhbəri, indi isə Daxili İşlər Nazirliyi.