“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa saxlanılıb
Məlumatı DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov təsdiq edib

“Arqumet.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) saxlanılıb.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov təsdiq edib.
Qeyd edək ki, ötən il iyulun 5-də arqument.az xəbər saytının rəhbəri Şəmşad Ağa Bakı Şəhər Baş Polis İdarəsində “Toplum TV işi” üzrə şahid qismində dindirilib. İstintaq orqanı şifahi şəkildə onun ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.