Artıq iyun ayında Şuşa şəhərində 1 450 nəfər yaşayacaq
Bunu Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva deyib
Artıq iyun ayında Şuşa şəhərində 370 ailə – 1 450 nəfər yaşayacaq.
Bunu jurnalistlərə açıqlamasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva deyib.
“Artıq şəhərimizə köç başlayıb. İyun ayında 370 ailə – 1 450 nəfər şəhərimizdə yaşayacaq. Bu, böyük xoşbəxtlikdir. Mərhələ-mərhələ hər bir şuşalı doğma yurdunda xoşbəxt həyatını davam etdirəcək”, – o qeyd edib.
Xatırladaq ki, mayın 14-də Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.