Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bu barədə Tərtər rayon prokurorluğu məlumat verib
Mayın 4-ü saat 12 radələrində Tərtər rayon sakini 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmovaya kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.