XƏBƏRLƏR / Kriminal

Arvadını və körpəsini öldürən Fərid H. həbs olunmadı

O, xəstəxanadadır

Arvadını və körpəsini öldürən Fərid H. həbs olunmadı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı həyat yoldaşı Leyla Hüseynlini və 8 aylıq körpəsi Aylanı qətlə yetirməkdə ittiham olunan 30 yaşlı Fərid Hüseynli barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

    F.Hüseynli vəziyyətinin ağır olması səbəbindən həbs olunmayıb. Onun müalicəsi xəstəxanada davam edir.

    Qeyd edək ki, dəhşətli cinayət hadisəsi ötən həftə Abşeron rayonu Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Leyla ilə yanaşı, 8 aylıq qızını da öldürüb, daha sonra özünə xəsarət yetirib. 

    Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub.