Arxivlər "erməni soyqırımı"nın olmadığını sübut edir
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib
"Arxivdəki bir sıra sənədlər ermənilərə qarşı soyqırımı törədilmədiyini, əksinə ermənilərin bir çox bölgədə günahsız mülki müsəlman türkləri qətlə yetirdiyini sübut edir."
Trend-in məlumatına görə, bunu bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada erməni hadisələri ilə bağlı seminardakı çıxışında deyib.
O qeyd edib ki, bu reallıqlar aktiv bir şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.
"Erməni məsələsi uzun illərdir siyasi alət kimi istifadə olunur. Ermənilər 24 apreli "soyqırımı günü" kimi tanıdaraq süni tarix yaratmağa çalışıb. Bu, tarixi gerçəkləri inkar etməkdən başqa bir şey deyil. Bu iddialar Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasına mane olan əsas amildir. Ermənistan da arxivlərini dünyaya açmalı, nəticələrə görə narahat olmamalıdır", - deyə H.Akar əlavə edib.