XƏBƏRLƏR / Hadisə

Astarada iki balıqçı itkin düşüb

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib

Astarada iki balıqçı itkin düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15:50

    Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub.

    İtkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

    T. Həsənovun ötən ay toyu olub, A.Həsənovun isə bir neçə gün əvvəl övladı doğulub.

    ***

    10:43

    Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində iki nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

    Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

    Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

    Əlavə məlumat veriləcək.