XƏBƏRLƏR / Siyasət

"ATƏT-in Minsk Qrupunu məhz Qərb tarixin zibilliyinə atıb"

Bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova deyib

"ATƏT-in Minsk Qrupunu məhz Qərb tarixin zibilliyinə atıb"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ATƏT-in Minsk Qrupu formatını məhz Qərb ölkələri tarixin zibilliyinə atıb.

    APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

    Onun sözlərinə görə, ABŞ başda olmaqla Qərb ölkələri Ermənistan-Azərbaycan nizamlanmasının səylərini pozub.