XƏBƏRLƏR / Siyasət

ATƏT sədri Türkmənistana gedib

Türkmən mətbuatı xəbər verir

ATƏT sədri Türkmənistana gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis Türkmənistana gəlib.

    O, Aşqabaddakı ATƏT Mərkəzini ziyarət edib və missiyanın heyətinə gördükləri işlərə görə təşəkkür edib.

    Kassis qeyd edib ki, təşkilatın gücü onun yerindəki işindədir.

    Aşqabaddakı ATƏT Mərkəzi 1999-cu ildən fəaliyyət göstərir və silahlara nəzarət və sərhəd təhlükəsizliyindən tutmuş iqtisadi və ekoloji əməkdaşlığa qədər, eləcə də insan hüquqlarının və yaxşı idarəetmənin təşviqinə qədər geniş təhlükəsizlik məsələlərində Türkmənistana kömək göstərir.

    Səfər İsveçrənin ATƏT-ə sədrliyi çərçivəsində baş tutur.