Avronest ermənilərin antiazərbaycan qətnaməsini rədd etdi
Mövzusu “siyasi məhbuslar” olan halda, ermənilər “erməni məhbuslar”ın azad edilməsi məsələsini araya qatmaq istədi
Avronest Parlament Assambleyasının Büro iclasında Ermənistan nümayəndə heyətinin xüsusi canfəşanlıqla dəstəklədiyi Belarus, Azərbaycan və Gürcüstana qarşı hazırlanmış qətnamə layihəsi rədd edilib.
Qətnamənin mövzusu “siyasi məhbuslar” olsa da, mətndə Azərbaycan tərəfindən guya mövcud “erməni məhbuslar”ın azad edilməsi tələb olunurdu.
Məntiqi izahatdan və Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndə heyətlərinin mövqeyindən sonra Ermənistan nümayəndə heyətinin etirazlarına baxmayaraq, qətnamə iştirakçıların yekdil qərarı ilə rədd edilib.