BLOQ

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub

AVRO 2024 oyunları Almaniyada keçirilir

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Almaniyada təşkil olunan futbol üzrə XVII Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

    F qrupunun oyunlarından sonra 1/8 finalın bütün cütlükləri bəlli olub.

    1/8 final mərhələsi

    Almaniya - Danimarka

    Fransa - Belçika

    İsveçrə - İtaliya

    İspaniya - Gürcüstan

    Portuqaliya - Sloveniya

    Rumıniya - Niderland

    Avstriya - Türkiyə

    İngiltərə - Slovakiya

    1/8 final mərhələsinin oyunlarına iyunun 29-da start veriləcək.

    Xatırladaq ki, Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı görüş Türkiyənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 50-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. 66-cı dəqiqədə isə Çexiyanın heyətində Tomaş Souçek tablodakı rəqəmləri eyniləşdirib. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Cenk Tosun müəyyənləşdirib.

    Qrupun digər görüşündə isə Gürcüstan seçməsi Portuqaliyanı 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Portuqaliya qrupu (6 xal) lider olarq bitirib. Eyni xala malik Türkiyə seçməsi isə ikinci olub və 1/8 finala vəsiqə qazanıb. Gürcüstan isə 4 xalla ən yaxşı qrup üçüncüləridən biri kimi növbəti mərhələyə adlayıb.