Avropa deputatları Gürcüstanın namizədliyini əlindən alır
Avroparlamentin 30 üzvü Cozep Borrelə müraciət ediblər
Avropa Parlamentinin 30-dan çox üzvü Aİ xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrellə müraciət edərək Gürcüstanın namizədlik statusunun, eləcə də maliyyələşdirmənin dayandırılması xahişi ilə müraciət edib.
Bu xahiş Gürcüstan parlamentinin "xarici agentlər" haqda qanun layihəsinin qəbul olunması ilə bağlıdır.
Qeyd edək ki, mayın 13-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü və yekun oxunuşda baxacaq - Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili.