XƏBƏRLƏR / Dünya

Avropada aviareyslərdə yenə bomba təhlükəsi

Kopenhagen, Madrid və Londondan Sofiyaya uçan üç sərnişin təyyarəsində bomba olması ilə bağlı məlumat daxil olub

Avropada aviareyslərdə yenə bomba təhlükəsi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropada bir neçə sərnişin təyyarəsində bomba təhlükəsi barədə məlumatların daxil olması hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

    Kopenhagen, Madrid və Londondan Sofiyaya uçan üç sərnişin təyyarəsində bomba olması ilə bağlı məlumat daxil olub.

    Bundan başqa, Varşavadan Brüsselə uçan “LOT Polish Airlines” aviaşirkətinə məxsus təyyarə də şübhəli məlumat səbəbindən yoxlanılması üçün Belçikanın paytaxtındakı hava limanına yönləndirilib. Təyyarə Brüssel hava limanına təhlükəsiz eniş edib.

    Məlumatlara görə, təhlükə barədə daxil olan xəbərlərlə bağlı müvafiq tədbirlər görülüb. Hadisələrin təfərrüatları barədə əlavə məlumat verilməyib.

    Xatırladaq ki, 2 gün əvvəl müxtəlif Avropa ölkələrində 6 sərnişin təyyarəsi və 1 gəmi eyni səbəbə görə əlavə yoxlamalara məruz qalmışdı. Avropada soyuducu sistemlərə olan mütəşəkkil haker hücumunu  da nəzərə alsaq hansısa güvvənin Avropada ciddi qeyri stabillik yaratmaq məqsədi üzə çıxır. Bunun kimin etdiyi sualına isə məşhur latın deyimi "Cui prodest?"lə (bu kimə sərf edir) cavab vermək olar.