Reportaj

Avropanı leysan yağışlar və daşqınlar bürüyüb FOTOREPORTAJ

Həlak olanların sayı 17-ə çatıb

Avropanı leysan yağışlar və daşqınlar bürüyüb FOTOREPORTAJ
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mərkəzi Avropada son günlər yağan leysan yağışları nəticəsində yaranan daşqın qurbanlarının sayı 17-yə çatıb.

    Bəzi ölkələr yerli əhalinin təxliyyəsini davam etdirir, bəziləri isə daşqınların nəticələrini aradan qaldırmağa çalışır.

    Mərkəzi və Şərqi Avropada daşqınlar 13 sentyabr 2024-cü il Cümə günü, "Boris" siklonunun gəlməsi nəticəsində hava kəskin soyumağa başlayıb və aramsız yağıntılara səbəb olub.

    Alp dağlarında və Şumavada güclü, uzun sürən yağışlar və qar yağması müşahidə olunub.

    Yağışlar və daşqınlar Almaniya, Macarıstan, Polşa, Çexiya, Slovakiya, Avstriya, Rumıniya və Sloveniyada baş verir.