XƏBƏRLƏR / Parlament

Avroparlamentin antiazərbaycan qətnaməsi və MM-in cavabı

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini qəti şəkildə rədd edilib

Avroparlamentin antiazərbaycan qətnaməsi və MM-in cavabı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Cümə axşamı Avropa Parlamenti qəbul etdiyi qətnamədə Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyib. Sənəddə fəallara, jurnalistlərə və müxalifət liderlərinə qarşı repressiyalardan danışılır. Deputatlar bildiriblər ki, bu sui-istifadə halları COP29-un Bakıda keçirilməsilə bir araya sığmır. Avropa Parlamentinin üzvləri Avropa İttifaqını Bakıdan qaz asılılığına son qoymağa çağırıblar. Sənəd 453 "lehinə", 31 "əleyhinə" səslə qəbul edilib, 89 nəfər bitərəf qalıb.

    Avropa Parlamentinin ölkəmiz əleyhinə yönəlmiş bu qətnaməsindən yalnız bir nəticə çıxarmaq olar: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin milli, suveren maraqlarına xidmət edən müstəqil siyasət kimlərisə ciddi narahat edir. Lakin onlar unudurlar ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz.

    Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir. Bildiririk ki, parlamentimiz ölkəmizin və xalqımızın mənafelərinin müdafiəsi naminə aparılan bu siyasəti birmənalı şəkildə dəstəkləyir və onun reallaşması üçün bütün qüvvəsini bundan sonra da səfərbər edəcəkdir.