XƏBƏRLƏR / Hərbi

Avstraliyada ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb

Son məlumata görə, üç ABŞ hərbçisi ölüb, 20-ə qədər hərbçi yaralanıb YENİLƏNİB

Avstraliyada ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 12:40

    Avstraliya sahillərində hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 ABŞ hərbçisi ölüb, 20-ə qədər hərbçi yaralanıb.

    Bu barədə ABC telekanalı məlumat yayıb.

    Bundan əvvəl qəza nəticəsində 23 ABŞ dəniz piyadasının yaralandığı açıqlanıb. Şimal ərazi polisinin komissarı Maykl Merfi bildirib ki, yaralı hərbçilərdən 3-ü Darvin şəhər hospitalına yerləşdirilib.

    ***

    ABŞ-nin 20 dəniz piyadasını daşıyan "V-22 Osprey" hərbi helikopteri Avstraliya sahillərində qəzaya uğrayıb.

    Bu barədə "SkyNews" məlumat yayıb.

    Telekanalın məlumatına görə, hadisə Melvil adası yaxınlığında Avstraliya, ABŞ, İndoneziya, Filippin və Şərqi Timordan olan şəxsi heyətin iştirak etdiyi "Predators Run" təlimləri zamanı baş verib.

    "SkyNews"un məlumatına görə, ekipaj üzvləri itkin düşüb.