XƏBƏRLƏR / Nəqliyyat

Avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb

AYNA xəbər verir

Avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində ("20 Yanvar" metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti axşam saatlarında 1 saat artırılıb.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bununla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədəolma vaxtını göstərən yol nişanında dəyişiklik edilib.

    Əvvəl xüsusi hərəkət zolağının qəvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 aralığındadır.

    Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları tövsiyə olunur.