XƏBƏRLƏR / Məhkəmə

Məhkəmə Əli Kərimlini 1500 manat cərimələyib YENİLƏNİB

Proses Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə keçirilib

Məhkəmə Əli Kərimlini 1500 manat cərimələyib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:53

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

    Bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Əli Kərimli 1500 manat məblığində cərimə olunub.

    AXCP sədri qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

    Qeyd edək ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

    Aydın Əliyev 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.

    ***

    13:08

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında edilən şikayəti üzrə Nəsimi Rayon Məhkəməsində iclas keçirilir. Məhkəmə binası qarşısına Kərimlinin tərəftarları toplaşıb AXCP sədri onların qarşısında çıxış edib və prosesi qurama kimi qələmə verib.

    Qeyd edək ki, Ə.Kərimli barəsində AXCP-nin sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Ə.Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.

    A.Əliyev uzun müddət AXCP-də fəaliyyət göstərib. O, 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.