XƏBƏRLƏR / Kriminal

Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

Həmin şəxs xuliqanlıq və özgənin əmlakına qəsdən ziyan vurmaqda ittiham olunur

Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın Acarıstan Muxtar Respublikasında İnterpolun Qırmızı Xəbərdarlıq sistemi ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

    Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında beynəlxalq axtarışa verilmiş şəxsi saxlayıblar.

    Həmin şəxs xuliqanlıq və özgənin əmlakına qəsdən ziyan vurmaqda ittiham olunur.

    İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs Gürcüstan-Türkiyə sərhədində yerləşən Sarpi gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.

    Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.