AYİB Transxəzər Dəhlizinə 45 milyon avro ayırır
Avropa Yenidənqurma və İnkişaf Bankı bu məbləği Aktau limanı infrastrukturunun yenilənməsinə veriləcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Transxəzər Dəhlizinə dəstək üçün 45 milyon avro ayırır.
Bu məbləğin 35 milyon avrosu Qazaxıstanın Xəzər dənizindəki əsas dəniz limanı Aktauda infrastrukturunun yenilənməsi üçün kredit kimi veriləcək.
Layihə həmçinin Avropa İttifaqının Asiya-Sakit Okean İnvestisiya Fondu çərçivəsində 10 milyon avroya qədər qrantla maliyyələşdiriləcək.
AYİB Qazaxıstanda 340 layihəyə 10 milyard avrodan çox sərmayə qoyub və bu vəsaitlərin əhəmiyyətli hissəsi özəl sahibkarlığı dəstəkləyib.