Ayxan Hacızadə Bakı-İrəvan danışıqlarından xəbər verir
Azərbaycan XİN sözçüsü ABŞ-da keçirilən danışıqların bir neçə gün davam edəcəyini deyir
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ABŞ-da keçirilən danışıqlar bir neçə gün davam edəcək.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
"Danışıqların əsas mövzusunu sülh sazişi təşkil edir. Hazırda təfərrüatları açıqlaya bilmirik. Görüşlər bir neçə gün davam edəcək", - o deyib.
Qeyd edək ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xairic işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN rəhbərinin ikitərəfli görüşü keçirilib.