XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti bahalaşıb

“Azeri Light”ın bir bareli 91,62 dollardır

Azərbaycan nefti bahalaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 13-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,63 dollar artaraq 91,62 dollar olub. Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,5 dollar artaraq 89 dollar olub.

    Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,45 dollar artaraq 45,15 dollar olub.

    Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti yanvarın 13-də 0,5 dollar artaraq 83,33 dollar olub.