Azad edilən ərazilərin bərpasına 12 milyard xərclənib
Bunu maliyyə naziri Samir Şərifov bildirib
“3 il ərzində, yəni bu ilin sonuna kimi ümumilikdə 12 milyard manata yaxın vəsaitin azad olunmuş ərazilərin bərpasına xərclənməsi nəzərdə tutulub”.
Bunu Milli Məclisin plenar iclasında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
O vurğulayıb ki, indiyədək bu istiqamətdə 11 milyard manat xərclənib.
“İlkin olaraq 7,4 milyard manat vəsait bu istiqamətə nəzərdə tutulmuşdu. Sonradan isə əlavə gəlirlərin bu istiqamətə yönəldilməsi nəzərdə tutuldu, həm də hansısa dövlət qurumunda olan qənaət də bu istiqamətə yönəldilir. Bunların sayəsində bu vəsait 7,4 milyard manatdan 12 milyarda qədər artıb. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olaraq qalacaq”,- deyə nazir bildirib.