Azad edilmiş ərazilərə nə qədər mülki şəxs qayıdıb?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəqiq hesablamaları
30 yanvar 2024-cü il tarixinə işğaldan azad edilmiş ərazilərə köçürülənlərin sayı məlum olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Böyük Qayıdış” çərçivəsində 1360 ailə, 5354 nəfər öz doğma yurdlarına köçürülüb.
O cümlədən:
Füzuli şəhərinə 527 ailə (1969 nəfər),
Laçın şəhərinə431 ailə (1627 nəfər) ,
Ağalı kəndinə 175 ailə (871 nəfər) ,
Talış kəndinə 20 ailə (90 nəfər),
Zabux kəndinə 207 ailə (797 nəfər) köçürülüb.