XƏBƏRLƏR / Qayıdış

Azad edilmiş ərazilərdə daha 107 mina, 784 PHS aşkarlanıb

ANAMA xəbər verir

Azad edilmiş ərazilərdə daha 107 mina, 784 PHS aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən avqustun 3-9-da icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

    ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 87, tankəleyhinə 20 mina və 784 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.