XƏBƏRLƏR / Qayıdış

Azad edilmiş ərazilərdə daha 1700 partlamamış sursat tapılıb

ANAMA aylıq (03.01.2024 - 31.03.2024) hesabatını dərc edib

Azad edilmiş ərazilərdə daha 1700 partlamamış sursat tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ANAMA: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha 413 mina, 1254 partlamamış hərbi sursat aşkar edilib/

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlərə dair aylıq (03.01.2024 - 31.03.2024) hesabat dərc olunub.

    Mart ayında Tərtər, Ağdər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Kəlbəcər, Xankəndi, Xocalı və Zəngilanda 299 piyada əleyhinə mina, 114 tank əleyhinə mina və 1254 partlamamış hərbi sursat (PHS) aşkar edilib.

    6094,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.