Azad edilmiş ərazilərdə daha 198 mina, 726 PHS aşkarlanıb
Məlumat Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən verilib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (01.09.2025-07.09.2025) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 165 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 723 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 304,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.