Qayıdış

Azad edilmiş ərazilərdə qaz kəmərləri tikiləcək

Bunu Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclasında Qaz ixrac idarəsinin birinci müavini Sərxan Babaşov deyib

Azad edilmiş ərazilərdə qaz kəmərləri tikiləcək
Sərxan Babaşov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində SOCAR tərəfindən qaz nəql sisteminin mərhələli şəkildə yenidən qurulması üçün əsasən 4 istiqamət üzrə magistral qaz kəmərlərinin tikintisi nəzərdə tutulub.

    Bunu Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclasında Qaz ixrac idarəsinin birinci müavini Sərxan Babaşov deyib.

    S.Babaşov bildirib ki, tikintisi nəzərdə tutulan magistral qaz kəmərləri bunlardır:

    - Laçın istiqaməti üzrə - "Horadiz-Laçın" qaz kəmərinin və üzərlərində QPS-lər quraşdırmaqla "Cəbrayıl QPS", "Zəngilan QPS", "Mincivan QPS", "Qubadlı QPS" və "Laçın QPS" qaz kəməri qollarının tikintisi.

    - Şuşa istiqaməti üzrə - "Böyük Bəhmənli-Şuşa" magistral qaz kəmərinin, həmin kəmərdən ayrılan "Füzuli" və "Ağoğlan (Hadrut)" qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində quraşdırılacaq "Şuşa", "Füzuli" və "Ağoğlan" qaz paylayıcı stansiyaların tikintisi.

    - Ağdam istiqaməti üzrə - "Azadqaraqoyunlu-Ağdam" qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla "Ağdam QPS" qaz kəməri qolunun tikintisi" və "Yevlax-Naxçıvan" magistral qaz kəmərinin 33÷46-cı km hissəsinin yenidən qurulması.

    - Kəlbəcər istiqaməti üzrə - "Ağdam-Kəlbəcər" qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla "Kəlbəcər QPS" qaz kəməri qolunun tikintisi.