Azad olunmuş ərazilərin 16 faizdən çoxu minadan təmizlənib
Bunu Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi deyib
Bugünədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin 16,4%-i, o cümlədən Ağdam ərazisinin 27,5 faizi, Füzulinin 24,8 faizi, Tərtərin 16,7 faizi, Xocalının 15,8 faizi və Xocavəndin 5,1 faizi minalardan təmizlənib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda deyib.
"38 726 hektar ərazi, o cümlədən Ağdam ərazisinin 17 597 hektarı, Füzulidə 11 605 ha, Tərtərdə 3 010 ha, Xocalıda 1 511 ha və Xocavənddə 5 004 ha ərazi minalardan təmizlənib", - o deyib.