AZAL Bakıdan Tel-Əvivə uçuşları bərpa edib
İlkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə reyslər həyata keçirəcək
Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" (AZAL) martın 19-dan etibarən Bakıdan Tel-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.
Bu barədə AZAL xəbər verir. Məlumata görə, ilkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Aprel ayından etibarən isə AZAL həftədə 9 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.