XƏBƏRLƏR / Nəqliyyat

AZAL-ın Bakı-Kazan təyyarəsi təhlükə ilə üzləşib?

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti xəbər verir

AZAL-ın Bakı-Kazan təyyarəsi təhlükə ilə üzləşib?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın bəzi media resurslarında 2025-ci il yanvarın 1-də “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində guya təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb.

    “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti xəbər verir ki, AZAL-ın adıçəkilən reysi cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib.