AZAL təyyarəsinin qara qutuları ilə bağlı açıqlama FOTO
Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi bildirir
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutularının” dekodlaşması ilə məşğul olan mütəxəssislər oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gələcək.
Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.
Ekspertlər dərhal “qara qutunun” məlumatlarının öyrənilməsinə başlayacaq.
Komissiyanın 17 eksperti, o cümlədən Qazaxıstan, Azərbaycan və Rusiya nümayəndələri Braziliyadan Qazaxıstana qayıdır.
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-ın təyyarə qəzasını araşdıran komissiyanın ekspertləri bu günlərin birində Braziliyadan Astanaya uçuş registratorlarından (qara qutular) şifrələnmiş materiallarla qayıdacaqlar.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həlak olub.