AZAL təyyarəsinin qəzası haqda 3 ölkədə cinayət işi açılıb
Bunu jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı üç ölkədə ayrıca cinayət işi açılıb.
Bunu jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib: "Rusiya, Azərbaycan və Qazaxıstanda araşdırmalar davam edir.
Üç ölkənin hər biri hadisə ilə bağlı faktlar toplayır. Bundan sonra toplanmış faktların təhlili aparılacaq və təqsirkarlar müəyyən ediləcək. Bundan əlavə, Rusiya Federasiyasının İstintaq Komitəsi və Baş Prokurorluq tərəfindən istintaq-əməliyyat tədbirləri həyata keçirilir."