XƏBƏRLƏR / İdman

Azərbaycan basketbol millisinin Ermənistanla oyununun vaxtı

Görüş Kosovonun paytaxtı Priştina şəhərində baş tutacaq

Azərbaycan basketbol millisinin Ermənistanla oyununun vaxtı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisinin Avropa Kubokunda Ermənistanla keçirəcəyi oyununun vaxtı bəlli olub.

    İyunun 8-də Kosovonun paytaxtı Priştina şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

    Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq, Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.