XƏBƏRLƏR / Kriminal

Azərbaycan diasporunun rəhbərinin oğlu saxlanılıb

Mutvali Şıxlınskinin atası Şahin Şıxlınski barədə də cinayət işi açılıb

Azərbaycan diasporunun rəhbərinin oğlu saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb.

    Hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.

    Mutvali Şıxlınskinin atası Şahin Şıxlınski barədə də cinayət işi açılıb. Ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.

    Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş əməliyyatdan sonra yerli hüquq-mühafizə orqanları iyulun 1-də Azərbaycan diasporunun sədri Şahin Şıxlinskiyə də qarşı əməliyyat keçiribər. Şıxlinski avtomobildə hərəkətdə olan zaman xüsusi təyinatlı qüvvələr maşının qarşısını kəsib, zor tətbiq edərək Azərbaycan diasporunun sədri və oğlu Mutvalı Şıxlinskini saxlayıblar. Saxlanılan zaman sükan arxasında olan Mutvalı Şıxlinski özünü itirərək avtomobili geriyə sürüb, bu zaman avtomobilin dəydiyi hüquq-mühafizə orqanının əməkdaşı yerə yıxılıb.

    Mutvalının dünən axşam saatlarında məhz həmin epizoda görə saxlanıldığı, onun barəsində RF Cinayət Məcəlləsinin 318-ci maddəsi ( hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə cinayət işi açıldığı bildirilib.