Azərbaycan əhalisinin sayı açıqlandı
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il iyul ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 151 517 nəfər təşkil edib.
Əhalinin ümumi sayının 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.