XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycan əhalisinin sayı və tərkibi açıqlanıb

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib

Azərbaycan əhalisinin sayı və tərkibi açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İlin əvvəlindən bəri Azərbaycan əhalisi 28.758 nəfər və ya 0,3 faiz artıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

    Bu ilin 1 oktyabr tarixinə əhalinin sayı 10.253.647 nəfərə çatıb.

    Şəhər sakinləri əhalinin 54,4%-ni, kənd sakinləri isə 45,6%-ni təşkil edir. Kişilər əhalinin 49,8%-ni, qadınlar isə 50,2%-ni təşkil edir.