XƏBƏRLƏR / Qonşular

Azərbaycan Ermənistana yenə dizel yanacağı ixrac edəcək

Bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək

Azərbaycan Ermənistana yenə dizel yanacağı ixrac edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.

    Bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək.

    Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə və 4 vaqon taxıl tədarük olunacaq.

    Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.