Azərbaycan güləşçiləri Bəhreyndə 10 medal qazanıb
Milli yığmamız komanda hesabında 185 xalla ikinci yeri tutub
Azərbaycan güləşçiləri Bəhreyndə keçirilən Gimnaziya Oyunlarını 10 medalla başa vurublar
Baş məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərlik etdiyi komandanın 13 üzvündən 10-u mükafatla qayıdıb.
Mikayıl İsmayılov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Hüseyn Əliyev (45 kq), Şahid Nəbiyev (48 kq), Nikhat Bəxmənov (51 kq), Əmrax Əmrahov (55 kq), Akif Nəcəfli (65 kq) və Yusif Əhmədli (71 kq) gümüş medal qazanıblar. Turan Daşdəmirov (55 kq), Nikhat Tağıyev (60 kq) və Emil Abasov (80 kq) bürünc medal qazanıblar.
Azərbaycan komandası komanda hesabında 185 xalla ikinci yeri tutub.
Qeyd edək ki, bundan əvvəl Gimnasiadada sərbəst güləşçilər 11 medal (1 qızıl, 2 gümüş, 8 bürünc), qızlar isə 3 medal (1 qızıl, 1 gümüş, 1 bürünc) qazanıblar.