XƏBƏRLƏR / İdman

Azərbaycan güləşçisi Mariya Stadnik karyerasını başa vurdu

O, bu barədə İnstaqram hesabında yazıb

Azərbaycan güləşçisi Mariya Stadnik karyerasını başa vurdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.

    O, bu barədə İnstaqram hesabında yazıb.

    Mən adımı dünya qadın güləşi tarixinə yazdım və bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır… Güləş, hər şey üçün sənə təşəkkür edirəm! Ваша Марія Стаднік ”. paylaşımdaa deyir.

    Qeyd edək ki, Stadnik Parisdə keçirilən Olimpiya Oyunlarını medalsız başa vurub. İkiqat dünya çempionu və on qat Avropa çempionu əvvəlki dörd Olimpiadada iki gümüş və iki bürünc medal qazanıb.

    Mariya Stadnik bundan sonra Azərbaycan Güləş Federasiyasında qadın güləşi üzrə koordinator vəzifəsində çalışacaq.