XƏBƏRLƏR / Hərbi

Azərbaycan HDQ komandanının ABŞ-a səfəri davam edir

Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov müxtəlif görüşlər keçirir

Azərbaycan HDQ komandanının ABŞ-a səfəri davam edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının ABŞ-a səfəri davam edir

    Nyuport şəhərində (ABŞ) 90 ölkədən dəniz qüvvələri komandirlərinin və nüfuzlu dəniz təşkilatlarının nümayəndələrinin iştirakı ilə 25-ci Beynəlxalq Dəniz Simpoziumu davam edir.

    Simpozium çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı Donanma admiralı Ercüment Tatlıoğlu və ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Liza Françetti ilə görüşüb.

    Görüşlərdə Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri, eləcə də Azərbaycan və ABŞ Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.