XƏBƏRLƏR / Hərbi

Azərbaycan hərbçiləri Erciyes 2023 təlimlərində iştirak edir

Təlimə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları yollanıblar

Azərbaycan hərbçiləri Erciyes 2023 təlimlərində iştirak edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Ordusunun şəxsi heyəti Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən “Erciyes – 2023” təlimlərində iştirak edir.
    Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının da iştirak etdiyi təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilir.

    “Erciyes 2023” təlimində əsas diqqət qarşılıqlı fəaliyyət zamanı döyüş koordinasiyasının təmin edilməsi, təcrübə mübadiləsi, peşəkarlığın artırılması, o cümlədən hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına yönəlib.