XƏBƏRLƏR / Hərbi

Azərbaycan İDEX-2023 müdafiə və təhlükəsizlik sərgisində

Abu Dabidə regionun ən böyük silah-sursat və yeni hərbi texnologiyalar sərgisi öz işinə başlayıb

Azərbaycan İDEX-2023 müdafiə və təhlükəsizlik sərgisində
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan IDEX-2023 beynəlxalq müdafiə sərgisində iştirak edir. Fevralın 20-dən 24-dək Abu Dabidə IDEX-2023 beynəlxalq müdafiə sərgisi və konfransı keçirilir.

    65 ölkədən 1350-dən çox aparıcı şirkətin və 350 nümayəndə heyətinin iştirak etdiyi beynəlxalq sərgi-konfransda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 145 adda müdafiə təyinatlı məmulat təqdim olunur.

    Sərgi çərçivəsində Müdafiə Sənayesi Naziri Mədət Quliyevin BƏƏ hökumətinin nümayəndələri, bir sıra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.